Parisdə müsəlman gənc körpəni belə xilas edib - VİDEO
Fransanın paytaxtı Paris şəhərində eyvandan asılı vəziyyətdə qalan 4 yaşlı körpə qeyri-adi üsulla xilas olub. Əslən Malidən olan Mahmud Qəssam adlı gənc eyvanlara dırmaşaraq beşinci mərtəbəyə bir neçə saniyəyə qalxmağı bacarıb. Yerli sakinlər tərəfindən lentə alınan hadisə zamanı müsəlman gənc körpəni yerə düşməkdən qurtarıb. Hadisənin yayılmasından sonra Parisin meri Ann İdalqo gənci həyatını təhlükəyə ataraq azyaşlını xilas etdiyi "cəsur və igid" adlandırıb. Fransa prezidenti Emmanuel Makron isə malili gənci Yelisey sarayında qəbul edəcəyini açıqlayıb.(faktxeber)
L’émotion de Mamoudou Gassama sur BFMTV quelques heures avant de rencontrer le Président pic.twitter.com/ttHjCg0mgO
— BFMTV (@BFMTV) 28 мая 2018 г.