Maide.az

Parisdə qanlı etiraz: Makrona etiraz edənlər döyüldü - VİDEO

Fransanın paytaxtı Paris şəhərində prezident Emmanuel Makronun sosial islahatlarına etiraz edən bir qrup şəxs aksiya keçirib.   Maide.Az "faktxəbər"ə istinadən bildirir ki, aksiya zamanı narazı kütlə ilə hüquq-mühafizə orqanları arasında toqquşma baş verib.   Yerli polis nümayişçilərə qarşı gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə edib.   Aksiya iştirakçılarından bəziləri ağır bədən xəsarətləri alıb. Hökumətə qarşı etirazlarda 100-dən çox tələbə saxlanılıb.   Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb.