Paralimpiya Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb
Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb. Maide.Az-ın məlumatına görə, Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb. İdmançımız sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələnib. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə qalib gəlmişdi. Bununla da Azərbaycan yığmasının qızıl medallarının sayı 10-a çatıb.