Panamada avtobus dərəyə düşüb, 16 nəfər ölüb
Panamada ağır yol qəzası baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, avtobusun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Hadisə ölkənin eyni adlı paytaxtından 170 km cənub-qərbdə qeydə alınıb. Qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin məlumata əsasən, avtobusda kənd təsərrüfatında çalışan fəhlələr olub.