Maide.az

Panamada 29 nəfər `donuz qripi`ndən ölüb

Panamada A(H1N1) virusundan ölənlərin sayı 29 nəfərə çatıb, 400-dən çox insan xəstəxanaya yerləşdirilib.   "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.   İyun ayının əvvəlində ölkədə epidemioloji həyəcan elan olunub.   Aprelin 22-dən 1,2 milyon panamalı xəstəliyə qarşı peyvənd olunub. Bu, ölkə əhalisinin ¼ hissəsindən bir qədər çoxdur. Hazırda 1 milyon doza həcmində əlavə vaksin partiyasının alınması üçün danışıqlar aparılır.   Xəstəliyin artması fonunda ölkənin səhiyyə naziri Xavyer Terryentes bu ay istefaya göndərilib.