Pakistan və Əfqanıstanda güclü zəlzələ
Bu gün Əfqanıstan və Pakistanda güclü zəlzələ baş verib. Maide.Az "avapress" saytına istinadən xəbər verir ki, 6,2 bal gücündə zəlzələ Pakistan və Əfqanıstanın müxtəlif şəhərlərində o cümlədən Pakistanın Lahur və Pişavər şəhərlərində,eləcədə Əfqanıstanın Kabil şəhərində əhalinin qorxaraq küçələrə çıxmasına səbəb olub. Yeraltı təkanlar Badaxşan vilayətinin 35 kilometr cənubunda baş verib. Bildirilir ki, zəlzələnin episentri yerin 192 kilometr dərinliyində qeydə alınıb. Hələlik dağıntılar və itgilər barədə məlumat verilməyib.