Pakistan və Hindistan əsgərləri arasında atışma, ölənlər var
Pakistan və Hindistan əsgərləri arasında Kəşmir bölgəsində atışma baş verib. Maide.Az-ın verdiyi xəbərə görə, Pakistan elan edib ki, atışma nəticəsində 2 pakistanlı əsgər həlak olub. Pakistan ordusunun yayımladığı bəyanata görə, atışma bu gün Kəşmirin Bəhmir, Kil və Lbiya bölgələrində baş tutub və 6 saat davam edib. Bəzi beynəlxalq KİV-lər iki ölkə əsgərləri arasınad atışmanın hələdə davam etdiyini bildiriblər. Pakistan və Hindistan arasında Kəşmir üzərində uzun illərdir ki, ixtilaf mövcuddur. Hazırda hər ölkə Kəşmirin bir hissəsinə nəzarət edir. Hindistan və Pakistan arasında Kəşmir məsələsinə görə indiyədək 2 dəfə müharibə baş verib.