Pakistan terrorçular şiələrin hüseyniyyəsinə hücum edib
“Səhabə Ordusu” terror qruplaşmasının üzvləri Pakistanın İsmailxan bölgəsində şiələrin “Ləl Şah” hüseyniyyəsinə hücum edib. Maide.Az “ABNA”-a istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində hüseyniyəni qoruyan mühafizlərdən biri şəhid olub, bir nəfər isə yaralanıb. Pakistanın müxtəlif şəhərlərində son illər ərzində Əhli-beyt (ə) ardıcıllarına qarşı müxtəlif terror hücumları təşkil olunur. Hücumlar nəticəsində indiyədək onlarla Əhli-beyt (ə) ardıcılı şəhid olub, yüzlərlə insan yaralanıb. Pakistanlı şiələr dəfələrlə etiraz aksiyaları təşkil edib və hökumətin pakistanlı şiələrin təhlükəsizliyini təmin etməkdə səhlənkarlığını pisləyib və təkfirçilərə qarşı mübarizəni zəif aparılmasını tənqid ediblər.