Pakistan Qəzzaya 1 milyon dollar yardım ayırıb
Pakistan blokada şəraitində saxlanılan Qəzza sektorunun əhalisinə dəstək olaraq, BMT-nin fələstinli qaçqınlara yardım və iş üzrə agentliyinə (UNRWA) bir milyon dollar ayırıb. Maide.az-ın məlumatına görə, BMT-nin rəsmi bəyanatında bildirilir ki, "bu məbləğ Qəzza sakinlərinin zəruri ehtiyaclarının təmininə və Qəzzanın bərpasına sərf olunacaq". BMT-nin fələstinli qaçqınlara yardım və iş üzrə agentliyi (UNRWA) Pakistan hakimiyyəti və xalqına minnətdarlığını bildirib. Bu təşkilat Yaxın Şərqdə Birləşmiş Millətlər Təşkilatının Suriya, Livan, Qəzza sektorunda qaçqınlara yardım təşkilatıdır. Təşkilat bu regionlarda 880 000 qaçqının ehtiyaclarını ödəyir. //