Maide.az

Pakistan prezidentinin oğluna sui-qəsd olub

Pakistanda prezident Məmnun Hüseynin oğlu Salma Hüseynə sui-qəsd olub.   Pakistanın "Dawn" nəşri yazır ki, hadisə Bəlucistan vilayətinin Hub şəhərində baş verib.   Restoran yaxınlığındakı motosiklə yerləşdirilmiş partlayıcı qurğu S. Hüseynin korteji keçən zaman işə salınıb. Prezidentin oğlu xəsarət almasa da, hadisə baş verən zaman küçədə olan 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananların arasında bir neçə polis əməkdaşı var.   Hələlik hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.