Maide.az

Pakistan prezidenti: Azərbaycan JF-17 Thunder qırıcıları alacaq – FOTO

Məmnun Hüseyn Bakıya səfərinin yekunlarına dair hesabat verib.   Prezident Məmnun Hüseyn Azərbaycan və Nigeriyanın Pakistanın hərbi istehsalında, o cümlədən də modernləşdirilmiş JF-17 qırıcılarına maraqlı olduğunu bildirib.    “Azərbaycan və Nigeriya tezliklə Pakistan məmulatlarının alıcısı olacaq”, - prezident bunu Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.   Bu barədə Pakistan KİV-i yazıb.   O, Nigeriyanın Pakistanın hərbi istehsalat məmulatlarını, o cümlədən də JF-17 Thunder və Mashaq təyyarələrini almaqda maraqlı olduğunu bildirib.    Bu yaxınlarda Azərbaycana səfərinə istinad edərək, prezident iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etdiyini bildirib.