Pakistanın bir neçə şəhərində əzadarlıq yürüşü təşkil olunub - FOTO
Həzrət Əlinin (ə) şəhadətinin ildönümü münasibətilə Pakistanın bir neçə şəhərində əzadarlıq yürüşü təşkil olunub. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ötən gün Pakistanın İslamabad, Kəraçi, Lahur, Pişavər, Kuveytə, Heydərabad və digər bölgələrində yaşayan Əhli-beyt (ə) aşiqləri möminlərin əmiri Həzrət Əlinin (ə) şəhadəti münasibətilə əzadarlıq yürüşü təşkil edib. Məlumata görə, yürüş zamanı mərsiyyələr oxunub və sinə vurulub. Əzadarlıqda iştirak edənlər zöhr və əsr namazını camaatla qılıb. Daha sonra ABŞ və İsrailin bölgədə yürütdüyü işğalçılıq siyasətlərini pisləyən yürüş iştirakçıları ABŞ bayrağını yandırıb.