Maide.az

Pakistan müdafiə naziri: `ABŞ öz uğursuzluğunda Pakistandan “günah keçisi” kimi istifadə etmək istəyir`

Pakistan Amerika Birləşmiş Ştatları ilə kəşfiyyat və hərbi sahədə  əməkdaşlığa son qoyur.  Bu barədə məlumatı Pakistanın “Dawn” qəzeti ölkənin müdafiə naziri Xürrəm Dastiqra Xana istinadən verib.   “Biz ABŞ-la hərbi və kəşfiyyat xətti ilə genişmiqyaslı əməkdaşlığı dayandırırıq”, - deyə Pakistan müdafiə naziri bildirib.  Məlumata əsasən, Pakistan müdafiə naziri bu bəyanatla İslamabad şəhərində yerləşən Strateji Araşdırmlar İnstitutunda çıxış edib.   Pakistan müdaifə naziri, "ABŞ-ın Əfqanıstanda milyardlarla dollar xərcəlməsinə baxmayaraq məğlub olur" , - deyə bildirərək, ABŞ-ın öz uğursuzluğunda Pakistandan “günah keçisi” kimi istifadə etmək istədiyini də sözlərinə əlavə edib. (eastnews.org)