Pakistan məktəblərində Quran tərcüməsi ilə birlikdə öyrəniləcək
Pakistanda 5-10 –cı siniflərdə Quranı tərcüməsi ilə birlikdə öyrənmək icbari olacaq. Bunu Pakistan dini işlər naziri Sərdar Məhəmməd Yusif ötən gün İslam Abadda xanım Fatimə (s.ə) şəhadəti münasibəti ilə keçirilən seminarda çıxışı zamanı deyib. Maide.az xəbər verir ki, S.M.Yusif deyib ki, bu layihənin icrası üçün artıq proqram hazırdır və lazimi qanun da təsdiq olunub. O, həmçinin çıxışının davamında bildirib ki, tezliklə Pakistanda dinlərarası kordinasiya üzrə beynəlxalq konfrans keçiriləcək. /