Maide.az

Pakistan hərbi bazalarını ABŞ-a verməyəck

Pakistan daxili işlər naizri  Şeyx Rəşid  Əfqanıstandakı son vəziyyətlə bağlı danışarkən ölkəsinin hərbi bazalarını ABŞ-a verməyəcəyini açıqlayıb.    Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki, Ş.Rəşid bildirib ki, Pakistan Əfqanıstanda  sülhü alqışlayır. “Əfqanıstandan xarici qüvvələrin çıxaması və bölgədə yeni proseslərin baş verməsinə baxmayaraq  Paksitan öz ərazisində ABŞ-a heç bir hərbi baza verməyəcək”.    O qeyd edib ki, Paksitan  Əfqanıstanda xalqın dəstəklədiyi dövləti rəsmiyyətə tanıyacaq.     Pakistan DİN  rəhbəri həmçinin Pakistan – Əfqanıstan sərhədləri ilə bağlı açıqlama verib.    O qeyd  edib ki,  Çəmən və Turxam sərhəd – keçid məntəqələri  açıqdır və vaksinasiya olunmuş şəxslərin ölkəyə giriş-çıxışı təmin olunur.