Maide.az

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir

Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.   Pakistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.   Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.   Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək. /