Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var
Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Kəraçi şəhərinin cənubunda, Kəraçi Universitetinə yaxın ərazidə yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Partlayışın baş vermə səbəbi hələlik məlum deyil, araşdırılma aparılır.