Maide.az

Pakistanda terrorçular namaz qılanlara atəş açıb

Pakistanın Quetta şəhərində naməlum silahlı bir dəstənin üzvləri mülki insanların üstünə atəş açıblar.   Maide.az-ın Səma Dövlət xəbər telekanalına istinadən məlumatına əsasən , bu naməlum silahlı dəstənin üzvləri Quetta şəhərinin Mahmudabad bölgəsinin yaxınlığında olan bir məscidin önündə namaz qılanların üstünə atəş açaraq 4 nəfəri öldürüblər. Quettanın polis qüvvələri , dərhal hadisə yerini mühasirəyə alıb , hücumçu dəstənin üzvlərini təqib etməyə başlayıblar. Hadisə şahidlərinin dediklərinə görə, günorta namazı mərasimi başa çatdıqdan sonra , terrorçular məsciddən çıxan insanlara atəş açıblar.