Maide.az

Pakistanda terrorçular məscidə hücum edib

Pakistanın qərbində hərbi baza ərazisindəki məscidə terrorçular tərəfindən hücum edilib. Nəticədə iki pakistanlı hərbçi həlak olub, 14-ü yaralanıb.   Maide.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, terrorçular hərbi bazaya girmək niyyətində olublar, lakin baza yaxınlığında, məscid binası önündə atəş açıblar.   Baş verən atışma nəticəsində terrorçuların dördü məhv edilib.