Maide.az

Pakistanda terror hücumu nəticəsində 3 şiə şəhid olub

“Sepahe Səhabə” terror qruplaşmasının ünsürləri  Pakistanın  Hayber-Paxtunxva əyalətində Mirəli bögəsində Əhli-beyt (ə) ardıcıllarını daşıyan avtomobilə hücum edib.    Maide.Az ABNA-a istinadla xəbər verir ki, Terror qruplaşmasının üzvləri  Şeyid Zəfər  Abbas,  Fəzl Şah və digər bir şiənin hərəkət etdiyi avtomobilə odlu silahla hücum edib.  Terror qruplaşmasının hücumu nəticəsində 3 şiə gənc şəhid olub.    Qeyd edək ki, “Sepahe Səhabə” terror qruplaşmasının 1980-ci ildə təsis olunub. Bu qruplaşma ötən illər ərzində İmam Hüseynin (ə) əzadarlarına müxtəlif hücumlar edib. Çox sayda pakistanlı şiə  şəhid olub.