Pakistanda təlim-tərbiyə müəssisəsində partlayışda 10 nəfər ölüb
Pakistanda Quran üzrə təlim-tərbiyə müəssisəsində partlayış baş verib. Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, partlayış nəticəsində on nəfərə yaxın insan hadisə yerində həyatını itirib və 110 nəfərə yaxin insan yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb. Bu gün səhər saatlarında Pisəvar şəhərində seminariyada baş verən partlayışda ölən və yaralananların əksəriyyəti uşaqlardır. "Lady Reading" hospitalının təmsilçisi Muhamməd Asim bildirib ki, uşaqlar Quran öyrəndiyi saatda baş verən partlayış qəsdən törədilib. Partlayıcı olan çantanı kim isə binanın içərisinə gətirib." Təxmin edilir ki bu partlayıcı maddə əldəqayırma olub. Faktla bağlı cinayət işi açılıb, tədqiqatlar aparılır. Pakistan baş naziri İmran Xan hadisə qurbanlarının ailələrinə başsağlığı verib və yaralananlar üçün Allahdan şifa diləyib. İmran Xan hadisəni törədən terrorçuların cəzalandırılacağını açıqlayıb. Hələlik heç bir qrup terror hadisəsinin məsuliyyətini üzərinə götürməyib.