Maide.az

Pakistanda təkfirçilər Əhli-beyt (ə) ardıcıllarına hücum edib; 5 nəfər şəhid olub

Təkfirçi terrorçu qruplaşma üzvləri Pakistanın Kuveytə şəhərində Əhli-beyt (ə) ardıcılarına hücum edib.    Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bu gün səhər baş vermiş hücum nəticəsində 5 şiə şəhid olub, 1 nəfər yaralanıb.    Hücum göyərti satılan bazarda baş verib.  Şəhid olanlardan əksəriyyəti alıcılardır.    Hücumun məsuliyyətini İŞİD üzərinə götürüb.