Maide.az

Pakistanda sərhədçilərə hücum - 7 ölü

Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub.   Hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.   Pancqur bölgəsində isə atışma zamanı bir sərhədçi həlak olub, iki nəfər yaralanıb. Hadisələrlə bağlı məsuliyyəti üzərinə götürən olmayıb. (trend) /