Maide.az

Pakistanda qeyri-müsəlmanlar da spirtli içkilərin qadağasını tələb edir

Pakistanın müəyyən rayonlarında şərabdan zəhərlənən insanların ölüm xəbərindən sonra,ölkənin xristian və induist millət vəkilləri qeyri-müsəlmanlar üçün də spirtli içkilərin satışının qadağan edilməsini tələb ediblər. Maide.az-ın məlumatına görə, Pakistanda Qurban Bayramı ərəfəsində 29 insan  içkidən zəhərlənərək dünyasını dəyişib. Qeyd edək ki, Pakistanın müsəlman əhalisinə spirtli içkilərin satılması rəsmi olaraq qadağandır, lakin qeyri-müsəlmanlara hələlik satış izin verilir. //