Pakistanda polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb
Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində 59 polis kursantı həyatını itirib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, rəsmilər bildirib ki, hücumu terror qruplaşmasının üzvləri həyata keçirib. Aparılmış 3 saatlıq əməliyyat nəticəsində hər 3 terrorçu öldürülüb. Bildirilir ki, terrorçular özülərinə partlayıcı maddələr bağlayaraq akademiyaya hücum ediblər. Terrorçulardan ikisi özünü partladaraq həlak olub, 3-cu terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Ölənlərin çoxu partlayış nəticəsində həlak olub. Hücum zamanı 100-ə yaxın kursant isə yaralanıb. Şahidlərin bildirdiyinə görə, terrorçular polis kollecinin yataqxanasına hücum ediblər. Pakistanın Bəluçistan əyalətinin sərhəd qoşunlarının komandanı general Sher Afqan deyib ki, terrorçular Taliban terror təşkilatının üzvləridirlər. Hələlik heç bir qrup hadisənin məsuliyyətini üzərinə götürməyib.