Maide.az

Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərindəki törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin Həyatabad səhiyyə kompleksi yaxınlığında törədilib.   Məlumata görə, 2 terrorçu-kamikadze motosikletlə kompleksin yaxınlığındakı hökumət işçisinin xidməti avtomobilinə çırpıldıqdan sonra partlayış olub.   Xəbərdə bildirilir ki, Pakistanın müxalifətdə olan “Təhrike-e-İnsaf” Partiyasının lideri İmran Xan tibbi mərkəzə getməyə hazırlaşırmış. Onun xəsarət almadığı vurğulanıb.   Hadisənin detalları barədə ətraflı məlumat yayılmayıb.    Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. /