Pakistanda partlayış baş verdi
Pakistanın Ravalpindi şəhərindəki polis idarəsi yaxınlığında qumbarası ilə hücum təşkil edildiyi bildirilib. İlkin hesablamalara görə, partlayışda 3-ü ağır olmaqla 25 nəfər yaralanıb. Bu, Ravalpindidə son 10 gündə polis bölməsini hədəf alan ikinci hücumdur. 4 dekabrda Pir Vadhai Polis İdarəsinin yaxınlığında əldəqayırma partlayıcı partlamışdı. Hücumda 1 nəfər ölmüş, 7 nəfər yaralanmışdı. Hər iki hücumun da hələ məsuliyyətini üzərinə götürən olmayıb. /eastnews.org/