Pakistanda partlayış, 15 nəfər həlak olub
Pakistanın Pəncab əyalətinin Lahor şəhərində partlayış baş verib. Maide.Az xəbər verir ki, partlayış nəticəsində ən az 15 nfəər ölüb, 20-dən çox insan yaralanıb. Pakistan KİV-lərinin məlumatına görə, terrorçu kamikadzedinin törətdiyi partlayış Lahor şəhərində bazar yaxınlığında baş verib. Yaralıların bəzisinin vəziyyəti çox ağırdır və ölənlərin sayının artacağı ehtimal olunur. Hələlik heç bir qrup partlayışın məsuliyyətini üzərinə götürməyib.