Maide.az

Pakistanda mədrəsədə partlayış: 25 ölü

Pakistanda bir mədrəsinin qapısına qoyulan bombanın partlaması nəticəsində azı 25 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. F   Maide.Az "faktxeber.com"a istinadla verdiyi məlumata görə, hadisə Heybər-Pahtunva əyalətinin Hangu şəhərinin  Aşağı Orakzai  bölgəsində baş verib.   Yaralılar Kohat başda olmaqla  ətraf rayonlardakı xəstəxanalara yerləşdiriliblər.   Ərazi hüquq mühafizəçilər tərəfindən mühafizə kordonu ilə mühasirəyə alınıb.