Maide.az

Pakistanda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşdu

Pakistanın şimalındakı Peşəvər şəhərində məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində azı 24 uşaq xəsarət alıb.   Onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 2 uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.   Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.