Pakistanda məhkəmə qarşısında partlayış; 10 ölü, 27 yaralı
Pakistanın şimal – qərbində intiharçı məhkəmə qarşısında özünü partladıb. Hadisə nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb. Maide.az xəbər verir ki, partlayış Şəbqədr bögləsində məhkəmə binasının qarşısında baş verib. Həlak olanlardan 3-ü polis nəfəridir. İntiharçı məhkəmə binasına soxulmağa çalışıb,lakin polis qüvvələri onun qarşısını alıblar və o özünü partladıb. /