Maide.az

Pakistanda körpü çökdü, 24 nəfər suda boğuldu

Pakistanda toy mərasimindən sonra avtobus körpünün dağılması nəticəsində çaya düşüb.   Trend-in məlumatına görə, eyni ailədən olan 24 nəfərin hamısı suda boğulub.   Yararsız vəziyyətdə olan körpünün həddindən artıq yüklənmiş maşının ağırlığına dözə bilmədiyi qeyd edilir. Polis və yerli sakinlər ölənlərin cəsədlərini axtarırlar.