Maide.az

Pakistanda iki qatar toqquşub: 6 ölü, 150 yaralı

Pakistanın Multan şəhərində iki qatar toqquşub.   Maide.Az xəbər verir ki, Trend-inverdiyi xəbərə görə, qəza nəticəsində 6 nəfər həlak olub, 150 nəfər xəsarət alıb.   Hadisəyə səbəb Peşavara şəhərindən hərəkət qatar müəyyən edilmiş vaxtdan əvvəl Karaçi istiqamətində hərəkət etməyə başlamasıdır. Nəticədə qatarın dörd vaqonu relsdən çıxıb.   Bütün xəsarət alanlar Multan şəhərinin xəstəxanasına yerləşdiriliblər. Qəzanın digər təfərrüatları dəqiqləşdirilir.