Maide.az

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb, 100-dək yaralı var - YENİLƏNİB

15:06   Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb.   Maide.Az APA-a istinadla xəbər verir ki,  yerli ARY News telekanalı xəbər verir ki, ölənlərin sayı 50-yə çatıb, 70 nəfər yaralanıb.    Geo TV isə yaralı sayının 100-dək olduğunu açıqlayıb.   ***   Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.   Bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.   Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.   Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.