Pakistanda Şiə Alimlər Şurasının üzvü terror edildi
Hindistanın cənubunda Kəraçidə Pakistanlı şiə alimə qarşı terror aktı törədilib. Maide.Az "İQNA"a istinadən xəbər verir ki, Məhəmməd Əli Şah yanvarın 22-də Hindistanın cənubunda yerləşən sahil şəhəri Kəraçidə naməlum silahlı şəxslər tərəfindən terror edilib. Məhəmməd Əli Şah bir neçə yerdən, o cümlədən boyunu və sinəsindən vurlub və həyatını itirib. Qeyd edək ki, Pakistanda şiələr əleyhinə zorakılıq və firqəçilik düşmənliyi davam edir. Sələfi və vəhabilər şiə alimlərə arşı bu kimi cinayətlərini davam etdirir. Buna etiraz məqsədi ilə Əhli-beyt (ə) ardıcılları dəfələrlə etiraz aksiyaları keçirib və hökumətin təkfirçi terrorçu qruplara qarşı ciddi addımlar atmasını tələb edib.