Maide.az

Pakistanda şiələr yaşayan ərazidə partlayış, ölən var

Pakistanın şimal qərbində yerləşən əsasən şiələrin yaşadığı Paraçinar bölgəsində bomba partladılıb. 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Maide.a-ın məlumatına görə, partlayış məktəbli uşaqları daşıyan avtomobilin yolunda baş verib. Hadisə nəticəsində sürücü və məktəblilərdən biri ölüb. digər 5 məktəbli isə yaralanıb.  Hələlik heç bir qrup partlayışı üzərinə götürməyib.   Paraçinar bölgəsi Əfqanıstan sərhədinə yaxın bir bölgədir. Əhalisinin əksəriyyəti şiələrdir. /