Maide.az

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb

Pakistanda Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb.   Hadisə ötən gün axşam saatlarında ölkənin şimal-qərbində Xayber-Paxtunxva vilayətində  baş verib.   Məlumata əsasən, hərbi tibb işçilərini daşıyan Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün sərnişinlər, o cümlədən 2 pilot, hərbi həkimlər və xidmətçi heyət ölüb.   İlkin versiyaya əsasən, hadisəyə səbəb pis hava şəraitinin olmasıdır. Qəzadan sonra helikopter yanmağa başlayıb.   Mi-17 helikopteri daşqından əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə Qilqit-Baltistan vilayətinə uçmaq üçün Çaklala hərbi bazasından havaya qalxıb.