Maide.az

Pakistanda hərbi təyyarə qəzaya uğrayıb

Pakistanın Pəncab əyalətində Hərbi Hava Qüvvələrinin hərbi təlim təyyarəsi qəzaya uğrayıb.   Trend-in məlumatına görə, qəza nəticəsində iki pilot həlak olub. Hadisə Lahor şəhərindən 300 kilometr məsafədə, təlim uçuşu zamanı baş verib.   Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.