Maide.az

Pakistanda güclü partlayış oldu

Pakistanın Kvetta əyalətində güclü partlayış törədilib.   “Report” “Thenews.com.pk”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.   Partlayış ətrafdakı binalar və nəqliyyat vasitələrinə də zərər vurub.   Hadisə ilə bağlı araşdırmalara başlanılıb.