Maide.az

Pakistanda etiraz aksiyası - FOTO

Pakistanın Kəraçi şəhərində  ailə üzvləri həbs olmuş  şiələr etiraz aksiyası keçirib.    Maide.Az xəbər verir  ki,  həbs olmuş ailə üzvlərinin taleyindən xəbərsiz  olan Əhli-beyt (ə) ardıclıları yaxınları haqqında məlumatlandırılmağı tələb ediblər.    Etiraz aksiyasında həbs olunmuş şəxslərin  anaları, bacıları, övladları,  həyat yoldaşları və qohumları iştirak edib.    Etirazçılar  Kəraçi şəhər icra hakimiyyətinə tərəf yürüş etmək istəyib, lakin polis  aksiyanı dağıdıb.