Pakistanda bazarda partlayış: 14 nəfər həyatını itirdi
Pakistanda bazarda baş vermiş partlayışda 14 nəfər ölüb, çox sayda insan yaralanıb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, terror hücumu bu gün səhər Kuveytə şəhərində meyvə bazarında baş verib. Belə ki, bomba qoyulmuş avtomobil partladılıb. Partlayış nəticəsində bazarda dükanlara və avtomobillərə ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb, onların bəzisinin durumu ağırdır. Hələlik heç bir qrup terror hadisəsinin məsuliyyətini üzərinə götürməyib. Hazırda partlayış baş vermiş rayonun ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.