Maide.az

Pakistanda avtobus dərəyə aşıb

Pakistanın Pəncab əyalətində  avtobus dərəyə aşıb.    Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  ötən gecə Xeybər şəhərindən  Lahur şəhərinə hərəkət edən avtobusun idarəetməni itirərək dərəyə aşıb.    Hadisə nəticəsində  27 nəfər həlak olub, 60 nəfər yaralanıb.    Avtobusda 82 sərnişinin olduğu bildirilir.    Yaralılar xəstəxanaya çatdırılıb, bəzisinin vəziyyəti çox ağırdır.