Maide.az

Pakistanda atışmada 5 polis əməkdaşı öldürülüb

Pakistanın Qilqita əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silah qaçaqmalçıları arasında atışma olub.   Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.   Bildirilib ki, atışma nəticəsində ən azı 5 polis əməkdaşı ölüb, 5 polis əməkdaşı isə yaralanıb.   Bundan başqa, 2 mülki vətəndaş xəsarət alıb.   Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar. /APA