Maide.az

Pakistanda ağır yol qəzası

Pakistanın cənubunda, Sind vilayətinin Hayrpur şəhərində ağır yol qəzası baş verib.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yük maşını qarşısındakı avtobusu ötmək istəyərkən aşıb.   Polis yük avtomobilinin sürücüsünün idarəetməni itirdiyini təsdiqləyib. Hadisə nəticəsində ən azı 17 nəfər ölüb.   Xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyəti ağırdır.   Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.