Pakistanda Əhli-Beyt (ə) ardıcılarına təzyiqlər davam edir
Pakistan hökuməti şiələrə qarşı aparılan fəaliyyətlərinin davamında Müsəlmanların Vəhdət Məclisinin şiə üzvinin həbsinə göstəriş verib. Maide.Az xəbər verir ki, təhlükəsizlik qüvvələri ötən gecə Kəraçidə Şeyid Zeyn Rəzəvinin evinə hücum edib və onu həbs edərək naməlum istiqamətə aparıb. Onun nədə ittiham olunduğu elan olunmayıb. Pakistan Müsəlmanlarının Vəhdət Məclisi Seyid Zeyn Rəzəvinin həbsini pisləyən bəyanat yayımlayıb və bu həbsi qanunsuz adlandırıb.