Maide.az

Pakistanda 5,2 bal gücündə zəlzələ olub

Pakistanın şimalında 5,2 bal gücündə zəlzələ baş verib.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.   Məlumata əsasən, "UTC" vaxtı ilə saat 3:10-da qeydə alınan yeraltı təkanların episentri, Baffa şəhərindən 39 kilometr cənub-şərqdə, ocağı isə 30,7 kilometr dərinlikdə yerləşib.   Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.