Pakistanda 12 məktəbə hücum olunub
Pakistanın Gilgit Baltistan bölgəsində 12 məktəbə hücum olunub. Maide.Az “AA”a istinadən xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, ölkənin Gilgit Baltistan əyalətinin Gilas və Diamer bölgəsində ötən gecə naməlum şəxslər 12 məktəbə hücumlar təşkil edib. Hücum edilən məktəblər qızların təhsil aldığı məktəblərdir. Hücum zamanı məktəb binasına və sinif otaqlarına ziyan vurulub. Məktəblərdə yanğın törədilib və iki məktəbdə isə partlayış törədilib. Gİlgit Baltistan əyalətinin rəhbərliyi verdiyi açıqlamada bildirib ki, hücuma məruz qalan məktəblərin bəzisi tikilir və bəzisində təmir işləri aparılırdı. Rəsmilər tez bir zamanda məktəblərdə gedən təmir və tikinti işlərinin başa çatıdırlacağı və təhlükəsizlik tədbirlərinin artırılacağını bildiriblər. Pakistanın daha çox qəbilələr yaşayan bölgəsi olan Gilgit Baltistan bölgəsində son 10 ildə 1500 məktəbə hücum edilib. Bu hücumlara bölgə xalqı 2004 və 2011-ci illərdə etiraz aksiyası təşkil edərək öz etirazlarını bildirib.