Maide.az

Pakistan Əfqanıstanla sərhəddəki nəzarət-keçid məntəqəsini açıb

Pakistanla Əfqanıstan sərhədində yerləşən “Torham” nəzarət-keçid məntəqəsi fəaliyyətini bərpa edib.   “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məntəqə avtomobillər və insanlar üçün keçidə açılıb.   Bildirilib ki, nəzarət-keçid məntəqəsi açılandan bəri Pakistandan Əfqanıstana artıq 720 yük maşını keçib.   Qeyd edək ki, Pakistanla Əfqanıstandakı əsas nəzarət-keçid məntəqəsi sayılan “Torham” “Taliban” qruplaşmasının məntəqəni ələ keçirdiyi vaxtdan bağlanmışdı.