Maide.az

Çovğunlu hava Bakı aeroportunun işinə təsir etməyib

Dünən axşamdan ölkə ərazisində kəskin dəyişmiş hava şəraiti Heydər Əliyev adına Beynəlxalq Hava Limanının işinə təsir etməyib.   Hava limanından bildirilib ki, qarlı-çovğunlu havaya baxmayaraq, heç bir avia reys təxirə salınmayıb və bütün uçuşlar cədvələ uyğun həyata keçirilir.   Qeyd edək ki, dünən axşam saatlarından etibarən ölkədə qarlı-çovğunlu hava şəraiti müşahidə olunur. Hazırda hava yağıntılıdır, sulu qar və qar yağır.