Maide.az

Şotlandiyada dünyanın ilk üzən külək elektrik stansiyası işə düşüb

Şotlandiyanın Aberdinşir bölgəsində dünyada ilk üzən külək elektrik stansiyası işə salınıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, üzən stansiya sahildən 25 kilometr məsafədə fəaliyyət göstərir.   İlk üzən külək elektrik stansiyası Norveçin “Statoil” və BƏƏ-nin “Masdar” şirkətləri tərəfindən yaradılıb.   Qeyd olunur ki, külək elektrik stansiyasının istehsal gücü 30 meqavatdır. Məlumata görə, burada istehsal olunan elektrik enerjisi Piterhed şəhərini təchiz edəcək.